Ermənistan İstintaq Komitəsi terrorçuluqda şübhəli bilinən daha 7 nəfərin saxlanıldığını bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Terror aktının hazırlanması, odlu silah və döyüş sursatının qanunsuz saxlanılması ilə bağlı iş üzrə 7 nəfər saxlanılıb", - məlumatda qeyd olunub.
KİV-in məlumatına görə, saxlanılanların hamısı müxalif "Daşnaksütyun" partiyasının üzvləridir.