Çin istehsalı olan Z-10ME hücum helikopterləri Pakistan ordusunda

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Pakistan sosial mediasında, xüsusilə də “X” platformasında yayılan xəbərlər sübut edir ki, təkmilləşdirilmiş Çin istehsalı Z-10ME hücum helikopterləri inventara daxil edilir. Foto və videolardan görünür ki, ordunun xüsusi əməliyyat tələblərinə cavab vermək üçün təkmilləşdirilən bu helikopterlər Pakistan ordusu üçün əhəmiyyətli bir addım ola bilər. 

Hərbi ekspertlərin gəldiyi qənaət budur ki, həmin helikopterlər Cənubi Asiyada güc balansını yenidən formalaşdıracaq. Çünki, Qərbdəki analoq variantları ilə müqayisədə Z-10ME Hindistanın inventarında olan ABŞ istehsalı AH-64 Apache-yə sərfəli alternativ kimi göstərilir. Bununla belə, Z-10ME-nin sərfəli qiyməti və JF-17 döyüş təyyarəsi kimi Pakistanın mövcud Çin istehsalı platformaları ilə uyğunluğu, onu Qərbin ixrac məhdudiyyətləri ilə üzləşən ölkələr üçün cəlbedici seçimə çevirir.

Cəmi iki ay əvvəl Hindistan və Pakistan qüvvələri arasında qısa, lakin intensiv hava atışması regionun təhlükəsizlik mühitinin kövrəkliyini göstərdi. Döyüş təyyarələri və yerüstü hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə baş verən insident nəzarət xətti boyunca səhv hesablama potensialı ilə bağlı narahatlıqları yenidən alovlandırdı. May ayında Hindistan və Pakistan arasında baş verən hava toqquşmalarında Fransa istehsalı olan Rafale qırıcılarının zəif performansı, Çin istehsalı olan J-10C və JF-17 döyüş təyyarələrinin üstünlüyü bir daha özünü göstərib. 

Eyni zamanda Pakistan Hərbi Hava Qüvvələrinin Çinin beşinci nəsil J-35A döyüş təyyarəsini öz donanmasına daxil etməyə başlayacağı gözlənilir. Pakistanın müdafiə rəsmiləri Çin istehsalı olan J-10C döyüş təyyarələrinin performansından məmnun olduqlarını bildiriblər. J-10C-nin uğuru Pakistanın Çin aviasiya texnologiyasına inamını artırıb və daha təkmil J-35A-nın alınmasına yol açıb. J-35A-nı öz donanmasına inteqrasiya etməklə Pakistan regionda beşinci nəsil hava döyüş mühitində güclü mövqe qazanmağı hədəfləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: