Ukrayna Kiyevdə PUA-ların zərərsizləşdirilməsi sisteminə 6 milyon dollardan çox vəsait yönəldəcək

A- A A+

Kiyev şəhər hərbi administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı ilə düşmən dronlarının zərərsizləşdirilməsi sisteminin yaradılmasına 6,2 milyon dollar yönəldəcək.

Bu barədə NUHÇIXAN Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən xəbər verir.

"Bu vəsait təkcə texnikanın alınmasına deyil, həm də effektiv reaksiya sisteminin yaradılmasına yönəldiləcək", - T.Tkaçenko qeyd edib.

Layihə çərçivəsində Kiyevdə və onun yaxınlığında növbə çəkəcək mobil bölmələr formalaşdırılacaq və bir sıra digər məsələlərə diqqət yetiriləcək. Bütün tədbirlər Baş Qərargah, Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələri ilə sıx əlaqədə həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: