Yer üzərindəki nəhəng şimşəyin nadir fotosu çəkilib

A- A A+

Astronavt Nikol Ayers nəhəng spraytın (şimşək növü) nadir şəklini çəkib.

NUHÇIXAN "4PDA"ya istinadla xəbər verir ki, Ayers Beynəlxalq Kosmik Stansiyasının göyərtəsində olarkən unikal kadrı tuta bilib.

Spraytın Meksika və ABŞ bölgəsi üzərində çaxdığı bildirilir. Bu, Yer üzərindən təqribən 400 kilometr hündürlükdə baş verib.

Bildirilir ki, spraytlar bəzən güclü tufanlar zamanı təqribən 80 kilometr hündürlükdə əmələ gəlirlər.

Xüsusilə güclü ildırımdan sonra aktivləşirlər və atmosferdə forma və rəng baxımından heyrətamiz strukturlar yaradırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: