NATO xərcləri ASELSAN səhmlərinin 100 faiz artmasına səbəb olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, qlobal təhlükəsizlik narahatlıqları, NATO-nun müdafiə xərclərini artırmaq məqsədi və Avropanın Türkiyə ilə əməkdaşlığa keçməsi müdafiə və aerokosmik şirkətlərin səhmlərinin artmasına səbəb olub. NATO liderlərinin müdafiə xərclərinə ayırdıqları payı 2035-ci ilə qədər ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq barədə razılaşması da şirkətlərin birjalarda dəyər qazanmasına kömək edib.

Müdafiə xərclərinin artırılması qərarı Türkiyənin müdafiə sənayesi məhsullarını Avropa şirkətlərinin diqqət mərkəzinə salıb. Avropa müdafiəsində diqqətəlayiq bir transformasiya baş verərkən, Türkiyə müdafiə şirkətləri avadanlıq tədarükçüsü rolundan Avropanın gələcək müdafiə strukturunun memarlarına çevrilir.

Bu müddət ərzində yarım əsrdir inkişaf etdirdiyi məhsullarla Türkiyə müdafiə sənayesində mühüm rol oynayan ASELSAN öz investorlarına yüksək gəlir gətirərək ixracını artırmaqda davam edib. ASELSAN ilin birinci yarısında investorlarına 100,8 faiz gəlir təmin etməklə 2025-ci ildə BIST 100 indeksində ən yüksək bazar dəyərinə çatıb. Şirkətin ixrac rəqəmləri artmaqda davam edərkən, bazar dəyərinə görə də dünyanın aparıcı müdafiə şirkətləri arasında yer alıb.

İlin ilk yarısında şirkətlərin pay göstəricilərinə gəldikdə isə Almaniyanın Rheinmetall şirkəti 183,4 faiz, Cənubi Koreyanın Hanwha Aerospace şirkəti 159,7 faiz, İsveç mərkəzli Saab şirkəti 125,8 faiz, İtaliyanın Leonardo şirkəti 84,3 faiz, İngiltərənin Rolls-Royce şirkəti 70,1 faiz dəyər qazanıb.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: