Türkiyənin yeni haubitsası ARPAN-155 dəqiqədə 8 atışla rekord qırıb

A- A A+

Türkiyənin ARPAN-155 haubitsa sistemi sınaqlarda göstərdiyi yüksək nəticələrlə diqqət mərkəzinə düşüb. ASFAT, ASELSAN, MKE və BMC şirkətlərinin birgə əməkdaşlığı ilə hazırlanmış bu yeni nəsil silah sistemi gözləntiləri üstələyən atəş sürəti ilə sınaqdan uğurla keçib.

NUHÇIXAN xəbər verir ki, sınaq zamanı ARPAN-155 dəqiqədə 6 atış yerinə 8 atış edərək testi uğurla tamamlayıb. NATO standartlarında bütün 155 mm-lik mərmilərlə uyğunluq təşkil edən sistemin atəş sürəti dəqiqədə 6 atıma çatır. Əlavə olaraq, 7.62 mm-lik ikinci silahla da silahlandırılıb. Yüksək atəş gücü və üstün taktiki manevri ilə ARPAN-155 sürətli şəkildə fərqli mövqelərə yerləşmə və düşmən hədəflərinə yüksək dəqiqliklə atəş açma qabiliyyətinə malikdir.

Bir sözlə, ARPAN-155 həm zirehli qoruma, həm də çevikliyi ilə müasir döyüş meydanlarında istifadəçilərə effektiv və etibarlı artilleriya dəstəyi təqdim edir. Sistem hazırda keyfiyyət sertifikatlaşdırma mərhələsini başa vurmaq üzrədir. Bu mərhələdən sonra haubitsaların kütləvi istehsalına başlanılacağı gözlənilir. Haubitsanın həm atəş gücü, həm də yüksək mobilliyi istər Türkiyə Silahlı Qüvvələrinin, istərsə də müttəfiq ölkələrin artilleriya imkanlarının müasirləşdirilməsində mühüm rol oynaya bilər. 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: