Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

"Volodimir Zelenski Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif edib", - nəşrlər bildirir.

Xatırladaq ki, Yuliya Sviridenko Baş nazirin birinci müavini və iqtisadiyyat naziridir. O, ABŞ ilə danışıqlar aparıb. ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası saziş imzalayıb. Bu fond yeni faydalı qazıntı hasilatı lisenziyalarından əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək, Ukrayna və ABŞ tərəfindən bərabər şərtlərlə idarə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: