Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb

A- A A+

Oxotskdan Maqadana uçan Mi-8T helikopteri Rusiyanın Xabarovsk diyarında yoxa çıxıb.

NUHÇIXAN xəbər verir ki, təyyarənin ekipajı müəyyən edilmiş vaxtda əlaqə qurmayıb. İlkin məlumatlara görə, helikopterin göyərtəsində beş nəfər olub.

Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarının pozulması əlamətləri ilə bağlı yoxlama aparır.

İstintaq Komitəsinin məlumatına görə, helikopterin ehtimal edilən yerləşdiyi ərazidə qaranlıq düşməsi ilə əlaqədar axtarış işləri dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: