Türkiyə 15 iyul çevriliş cəhdinin qarşısının alınmasının doqquzuncu ildönümünü qeyd edir

A- A A+

Bu gün Türkiyədə 15 iyul 2016-cı il tarixində FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin qarşısının alınmasının doqquzuncu ildönümünü qeyd olunur.

NUHÇIXAN xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi çevriliş cəhdinin ertəsi günü 15 iyul tarixini "Demokratiya və Milli Birlik Günü" kimi təsis etmiş və bu gün hər il ölkə üzrə anım tədbirləri ilə qeyd olunur.

Türkiyə prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün ölkə daxilində müxtəlif tədbirlər, anım mərasimləri təşkil olunacaq.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də baş verən hərbi çevriliş cəhdi Türkiyənin iki böyük şəhərində - İstanbul və Ankarada olub. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək olub. Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-ci illərdən dən sonra uğursuz olan 5-ci müdaxilə kimi Türkiyə tarixinə keçib. Hadisələr zamanı Türkiyədə 265 nəfər ölüb, 2 839 nəfər yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: