KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib

A- A A+

İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının müvafiq tələbindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi barədə İsraili əvvəlcədən xəbərdar edib və bunun bölgədə asayişin bərpası üçün edildiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş verib. Şiddətli atışmalarda azı 46 druz, 28 bədəvi və daha 4 mülki şəxs həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: