Cevdet Yılmaz: Türkiyə gələcəyini inşa edərkən FETÖ-nü çox dərindən analiz etməlidir

A- A A+

Türkiyə gələcəyini inşa edərkən FETÖ-nü çox dərindən analiz etməlidir.

NUHÇIXAN-ın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 15 İyul- Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” mövzulu paneldə çıxışı zamanı deyib.

O bəyan edib ki, demokratik bir ölkədə edilən çevriliş cəhdi təbiəti etibarilə vətənə və millətə xəyanətdir.

C.Yılmazın sözlərinə görə, bir insan üçün yaddaş nə qədər önəmlidirsə, bir cəmiyyət üçün də o qədər vacibdir:

“Yaddaş olmayan cəmiyyətdə ədalət və gələcək olmaz. Bosniya və Herseqovinanın sabiq Prezidenti Aliya İzzet Eqoviçin də dediyi kimi, yaşadığınız faciəni unutmayın, unutsanız, təkrar yaşadarlar. 15 iyul gecəsi Türkiyə Böyük Millət Məclisi əsgər forması geyinmiş xainlər tərəfindən bombalandı, bundan o tərəfə bir xəyanət yoxdur. Prezident Sarayı da bombalandı. Bu, FETÖ zehniyyətinin bariz nümuməsidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: