Ukrayna Ali Radasına Şmıqalın istefası haqqında qərar təqdim edilib

A- A A+

Ukrayna Ali Radasına Baş nazir Denis Şmıqalın istefası haqqında qərar layihəsi təqdim edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna KİV-i Ali Radanın saytında qeydə alınmış qərara istinadən məlumat yayıb.

Medianın yazdığına görə, gözlənilir ki, Şmıqal hökuməti tərk etməyəcək. O, müdafiə naziri ola bilər, hazırkı nazir Rüstəm Umerov isə ABŞ-yə səfir təyin ediləcək.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: