Ermənistanın Baş naziri: Ölkəni Serj Sarkisyandan azad etdiyimiz kimi, kilsəni də azad edəcəyik

A- A A+

Ermənistan hakimiyyəti ölkəni Serj Sarkisyandan azad etdiyi kimi, Erməni Apostol Kilsəsini də azad edəcək.

NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.

O, bütün ermənilərin katolikosuna qarşı kampaniya təşkil etməklə bağlı ittihamları rədd edib və kilsəyə qarşı kampaniya başlada bilməyəcəyini qeyd edib.

"Erməni Apostol Kilsəsi mən və ailəm üçün müqəddəsdir. Buna görə də biz onunla heç bir şəkildə mübarizə apara bilmərik. Nə ediriksə, kilsənin özü üçün edirik. Əgər kilsə bizim üçün müqəddəs olmasaydı, bu gün müşahidə olunan dağıdıcı prosesə sadəcə laqeyd qalardıq. Üstəlik, kilsənin indiki fəaliyyətləri, təəssüf ki, onun özünə zərər verir", - Ermənistanın Baş naziri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: