Paşinyan separatçıların binasının müsadirəsi barədə: Ermənistanda ikinci dövlət olmayacaq

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini bəyan edib.

NUHÇIXAN yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu bəyanat bu gün Qarabağdakı keçmiş separatçı rejimin "nümayəndəliyi"nin binasının müsadirəsi ilə bağlı Baş Prokurorluğun təşəbbüsü fonunda səslənib.

"Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbirlər görməlidir", - o bildirib.

N.Paşinyanın sözlərinə görə, bu əmlak Ermənistanın mülkiyyətində olmalıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu bu binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: