Türkiyədə meşə yanğınları Gelibolu yarımadasına yayılıb

A- A A+

Türkiyənin Tekirdağ vilayətinin Şarköy rayonunda başlayan meşə yanğınları şiddətlənərək Çanaqqalanın tarixi Gelibolu yarımadasına yayılıb.

NUHÇIXAN xəbər verir ki, dünən günorta saatlarında kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hazırda bölgəyə 21 hava vasitəsi, 100-ə yaxın digər texnika və təxminən 400 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Yanğınla əlaqədar üç kəndin əhalisi təxliyə olunub, tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: