Ukrayna Ali Radası Yuliya Sviridenkonu Baş nazir təyin edib.
NUHÇIXAN xəbər verir ki, müvafiq qərarı 262 xalq deputatı dəstəkləyib.
Beləliklə, Yuliya Sviridenko müstəqil Ukrayna tarixində Nazirlər Kabinetinə rəhbərlik edəcək ikinci, son 15 ildə isə birinci qadın olub.
Otuz doqquz yaşlı yeni Baş nazir əslən Çerniqovdandır. O, məmur ailəsində anadan olub, Kiyev Milli Ticarət və İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib və aspiranturada təhsil alıb. Almaniya və İsveçdə menecment kursları keçən Sviridenko ingilis və Çin dillərini mükəmməl bilir.
O, karyerasına özəl sektorda başlayıb, daha sonra Çerniqov vilayətində investisiya layihələrinə rəhbərlik edib, Çerniqov Regional Dövlət Administrasiyasında sədr səlahiyyətlərini icra edib.