Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə ilk yük qatarı yola salınıb

A- A A+

Çərşənbə günü, iyulun 17-də Çin-Qırğızıstan-Özbəkistan multimodal beynəlxalq yükdaşıma marşrutu üzrə dəmir yolu və avtomobil nəqliyyatı ilə qarışıq yükdaşıma formatında fəaliyyət göstərən əyalətdə ilk qatar Hubey əyalətinin (mərkəzi Çin) Vuhan şəhərindəki stansiyadan yola salınıb.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, ərzaq və digər mallarla yüklənmiş qatarın Sincan-Uyğur Muxtar Bölgəsində (Çin şimal-qərbində) Kaşğara çatması, burada konteynerlərin yük maşınlarına daşınaraq İrkeştan keçid məntəqəsindən keçməklə Çindən çıxması, daha sonra isə Özbəkistanın paytaxtı Daşkəndə çatdırılması gözlənilir.

Son illərdə Hubey əyaləti ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi tədricən artıb. 2021-ci ildə Çin Dəmir Yolları Korporasiyasının Yuhan filialı Yuhan-Almatı marşrutu üzrə ilk yük qatarını yola salıb. Bu ilin aprel ayında Yuhandan Mərkəzi Asiyaya yük qatarları aylıq 440-a qədər standart konteyner-TEU, iyirmi fut ekvivalent vahid və 7500 tondan çox yükdaşıma qabiliyyətini təmin edən müntəzəm marşrutlara daxil edilib.

Beynəlxalq nəqliyyat və logistika şirkəti “Hubei Railway Corporation”ın rəsmisi Çjan Linin sözlərinə görə, yeni logistika sxemi sayəsində əyalətin məhsulları Mərkəzi Asiya ölkələrindəki müştərilərə daha tez çata biləcək. Yeni logistika sxemi daşıma və sığorta xərclərini 30 faiz, yüklərin çatdırılması müddətini isə təxminən 20 gündən 10 günə qədər azaldacaq.

Çin rəsmiləri bildirirlər ki, yeni yükdaşıma marşrutunun işə salınması nəqliyyat prosedurlarının optimallaşdırılması, logistika şəbəkəsinin genişləndirilməsi və yüksəksəmərəli beynəlxalq logistika dəhlizlərinin yaradılması üçün maraqlı tərəflərlə gələcək birgə iş üçün əlverişli imkan olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: