ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.
Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.
Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.