Ali Radada Zelenski və deputat arasında mübahisə olub

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski və Ali Radanın deputatı Aleksey Qonçarenko arasında mübahisə baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Parlamentari Prezidentdən hərbi qulluqçuların tərxis olunub-olunmayacağını soruşub. V.Zelenski cavabında deyib ki, "döyüşçülər Ukrayna düşməni məğlub edəndə evə qayıdacaqlar, onlar Qonçarenko kimilər cəbhədə onlara kömək edəndə rotasiyaya layiqdirlər".

Bu sözlərdən sonra Qonçarenko qışqırmağa başlayıb və deyib: "Vicdanlı olmaq lazımdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: