“GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub - FOTOLAR

A- A A+

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən inkişaf etdirilən və sınaq zamanı Akıncıdan atılan “GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub.

NUHÇIXAN xəbər verir ki, “Baykar” şirkətinin rəsmi sosial media hesabında yayımlanan məlumatda “Gökçe” adlı yeni nəsil tuşlama dəstinin “Birbaşa zərbə” şüarı ilə aparılan test nəticələrinin uğurla tamamlandığı bildirilib.

Hərbi ekspertlər bu sınağın uğurla nəticələnməsini Türkiyənin yerli texnologiyalarının quruda, dənizdə və hava platformalarında uzunmüddətli genişlənməsində kritik bir mərhələ kimi qiymətləndirir. Bu həm də Türkiyəni qlobal müdafiə arenasında daha güclü oyunçuya çevirir.

Qeyd edək ki, “GÖKÇE” aviabombaları “ağıllı” sursata çevirən tuşlama dəsti olaraq, həm F-16 döyüş təyyarələri, həm də pilotsuz uçuş aparatları ilə uyğunluq göstərir və bu platformalara inteqrasiya oluna bilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: