İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb

A- A A+

İranın dörd şəhəri son 24 saat ərzində dünyanın ən isti yeri kimi tanınıb.

NUHÇIXAN xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, son 24 saat ərzində İranın cənubundakı Abadan, Omidiye, Əhvaz və Dezful şəhərləri dünyanın ən isti şəhərləri sırasına daxil olub.

Məlumata görə, dünyanın ən isti 15 şəhərinin reytinqini təqdim edən hesabatda temperaturun müsbət 51 dərəcəyə qədər olan yerlər arasında İranın bu dörd şəhəri də var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: