Ən qədim buz silindri Birləşmiş Krallığa gətirilib

A- A A+

Yer kürəsində tapılmış ən qədim və yaşı 1,5 milyon ildən çox olan buz silindri hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındadır.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, alimlər bu buzu əridərək iqlim dəyişikliyi ilə bağlı həyati əhəmiyyət daşıyan məlumatları ortaya çıxarmağı planlaşdırırlar. Antarktida buzlaqlarının dərinliklərindən xüsusi cihazlarla çıxarılan bu şüşəyəbənzər buz silindri tədqiqatçılara Yerin tarixinin məlum olmayan bir dövrünü öyrənmək imkanı verir.

Tədqiqatlara rəhbərlik edən Britaniya Antarktika Tədqiqat Mərkəzinin alimi Liz Tomas bildirib: “Buzun içində yeni məlumatlar dondurulmuş vəziyyətdədir. Bu, iqlim dəyişikliyi barədə bildiklərimizi kökündən dəyişə bilər”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: