Fransanın Martigues bölgəsində 240 hektar meşə sahəsi yanıb, yanğın davam edir.
NUHÇIXAN xəbər verir ki, mütəxəssislər saatda 60-65 kilometr sürətlə əsən güclü küləyin yanğının geniş əraziyə yayılmasına səbəb olduğunu bildiriblər.
Hazırda 973 yanğınsöndürən və 320 texnika yanğınla mübarizəyə cəlb edilib, 2 təyyarə və 1 helikopter yangınsöndürənlərə havadan dəstək verir, polis qüvvələri ərazidə asayişi qoruyur.
Hadisə zamanı 2 yanğınsöndürən yüngül xəsarət alıb.
Mütəxəssislər bildirirlər, artıq əvvəlki günlərlə müqayisədə ərazidə külək bir qədər zəifləyib, havada rütubət artıb. Bunun isə yanğının qarşısının alınmasına kömək edəcəyi proqnozlaşdırılır.