Suriyada “Haber Global”ın əməkdaşları çətin vəziyyətlə üzləşiblər - VİDEO
Suriyanın Süveyda şəhəri yaxınlığında ölkənin Silahlı Qüvvələrinə hücum nəticəsində “Haber Global” televiziyasının əməkdaşları çətin vəziyyətlə üzləşiblər.
NUHÇIXAN xəbər verir ki, qarşıdurma zamanı “Haber Global”ın əməkdaşları - müxbir Mehmet Altunışık və operator Alperen Ulukuş müdafiəsiz qalıb.
Məlumata görə, Suriya Ordusunun üzvləri hücuma dərhal cavab atəşi ilə qarşılıq verib.
Ancaq ərazidə təklükəsizlik hələ də tam təmin edilməyib. Bu səbəblə hazırda “Haber Global”ın əməkdaşları ərazidən uzaqlaşdıqlarını bildiriblər.