Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndəsi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə İsraildə beş obyektə hücum edildiyini açıqlayıb.
Bu barədə NUHÇIXAN TASS-a istinadən xəbər verir.
Məlumata görə, hədəflər Ben-Qurion Beynəlxalq Hava Limanı, Eylat dəniz limanı və bir neçə hərbi obyekt olub.
Hücumların husilərin Fələstinə dəstək məqsədilə İsrailə qarşı davam edən kampaniyası çərçivəsində həyata keçirildiyi qeyd edilir.