Dövlət Departamenti: ABŞ 2027-ci ildən UNESCO-dan çıxacaq

A- A A+

ABŞ 2027-ci ildən etibarən UNESCO-dan çıxacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

"UNESCO-dan çıxış 31 dekabr 2026-cı il tarixində baş tutacaq", - məlumatda qeyd olunub.

Birləşmiş Ştatlar artıq təşkilatın rəhbərliyini bu barədə məlumatlandırıb.

"UNESCO cəmiyyətdə fikir ayrılığı yaradan sosial və mədəni problemlərin həlli üzərində işləyir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə - "Amerika hər şeydən öndə” xarici siyasətimizə zidd olan beynəlxalq inkişafla bağlı ideoloji gündəmə həddindən artıq diqqət yetirir. UNESCO-nun "Fələstin Dövləti"ni üzv dövlət kimi qəbul etmək qərarı ciddi suallar doğurur, ABŞ siyasətinə ziddir və təşkilat daxilində anti-İsrail ritorikasının yayılmasına kömək edib", - qurumdan bildirilib.

Daha əvvəl bu gün ABŞ Prezidenti Donald Trampın ölkənin UNESCO-dan çıxması barədə qərar qəbul etdiyi barədə məlumat verilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: