Pezeşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək

A- A A+

İran nüvə silahı əldə etməyə çalışmır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsini davam etdirəcək.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

"Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik - bu bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir", - o xatırladıb.

Prezident vurğulayıb ki, İran gələcəkdə beynəlxalq hüquq çərçivəsində öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: