Ermənilər Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirak etmiş İrina Rodninadan qisas alırlar
Ermənilər Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirak etmiş Rusiya Dövlət Dumasının deputatı, dəfələrlə Olimpiya çempionu olmuş İrina Rodninadan qisas alırlar.
NUHÇIXAN “Jamanak” qəzetinə istinadla xəbər verir ki, erməni deputatlar Yerevanda İrina Rodninanın adını daşıyan fiqurlu konkisürmə idman məktəbinin adını dəyişdirməyi təklif ediblər. Onlar bununla əlaqədar şəhərin yaşlılar şurasına müraciət ünvanlayıblar və 2015-ci ildə məktəbin açılışı ilə bağlı qəbul olunmuş qərarın dəyişdirilməsini tələb ediblər.
Məşhur idmançı və ictimai-siyasi xadim İrina Rodnina isə “Moskva-Bakı” portalına müsahibəsində erməni ictimaiyyətini Xocalı soyqırımından nəticə çıxarmağa çağırıb. “Dəhşətli faciəli hadisələrin baş verdiyini heç kim inkar etmir. Lakin bütün hallarda vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Gələcək nəsillərə Qarabağın qanayan yarasını miras qoymaq olmaz”,- deyə rusiyalı deputat vurğulayıb.
İrina Rodnina Rusiya-Ermənistan parlamentlərarası dostluq qrupunun da üzvüdür. Erməni deputatlar, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirakını tənqid ediblər.