Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq

A- A A+

Türkiyə və Suriya hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

Qəzet bu sənədin nə vaxt imzalanmasının nəzərdə tutulduğunu açıqlamayıb. Yazıda Ankara və Dəməşqin İsraildən Suriyanın təhlükəsizliyinə təhdidlər fonunda bu mühüm addımı atdığı qeyd edilir.

"Hürriyət" xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və onu parçalamaq planlarına imkan verməyəcəyini bəyan etmişdi. Nəşr həmçinin qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə kömək üçün Türkiyəyə üz tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: