Türkiyənin ən uzaqmənzilli ballistik raketi təqdim olunub - FOTOLAR

A- A A+

Sahədə uğurla sınanmış, dünya analoqları ilə müqayisədə qiymət-performans baxımından önə çıxan, müasir orduların inventarında yer alan müdafiə sistemləri ilə Türkiyənin “ROKETSAN” şirkəti “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim etdiyi yeni məhsullarla diqqəti cəlb edib.

NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, “ROKETSAN” tərəfindən hazırlanan və ilk dəfə ictimaiyyətə təqdim edilən “TAYFUN BLOK-4” hipersəs raketi uzaqlığı, dəqiqliyi və qabaqcıl texnologiyaları ilə seçilir. Türkiyənin regional çəkindirmə gücünü daha da artıracaq bu yeni silah sistemi strateji hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdir.

“TAYFUN BLOK-4” versiyasının 1000 kilometrdən çox məsafə qət edəcəyi gözlənilir. Bu qabiliyyət onu Türkiyənin ən uzaqmənzilli yer-yer tipli hipersəs raketi edəcək. Yeni raket ilk növbədə Türkiyə Silahlı Qüvvələrinə, daha sonra isə dost və qardaş ölkələrin silahlı qüvvələrinə güc multiplikatoru kimi çox ciddi təsir edəcək. Buna görə də “TAYFUN BLOK-4” təkcə texniki deyil, həm də geosiyasi baxımdan böyük irəliləyiş hesab olunur. Bundan əlavə, NATO üzvləri arasında yalnız bir neçə ölkə bu mənzilə və dəqiqliyə malik yerli istehsal olan ballistik raketlərə malikdir. Sınaqları davam edən “TAYFUN BLOK-4”-ün ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: