Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.
10:41
Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb.
Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.
Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.
Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.