Kiyevin mərkəzində terror aktının qarşısı alınıb

A- A A+

Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Kiyevin mərkəzində terror aktı cəhdinin qarşısını alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə DTX-nın mətbuat xidmətinə istinadən "RBC-Ukraina" məlumat yayıb.

Məlumata görə, iyulun 23-də axşam saatlarında bir qadın kafedə əldəqayırma iki partlayıcı qurğu yerləşdirmək istəyib.

Ukrayna DTX terror aktının hazırlanmasında Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu bildirib. Əlavə edilib ki, şübhəli şəxs əldəqayırma partlayıcı qurğu olan çanta ilə kafeyə daxil olduğu an saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: