Türkiyənin 15 vilayətində havanın temperaturu 44 dərəcədən çox olub

A- A A+

İyulun 23-də Türkiyənin 15 vilayətində havanın temperaturu 44 dərəcəni keçib. Çərşənbə günü termometrlər Siirt vilayətinin cənub-şərqindəki Kurtulan bölgəsində maksimal temperatur - 47 dərəcə Selsini göstərib.

NUHÇIXAN bu barədə Türkiyə Meteorologiya Baş idarəsinin son günlər temperatur rejiminin mövsümi normadan artıq olduğunu qeyd edən məlumatlarına istinadla xəbər verir.

Cənub-Şərqi Anadolu ilə yanaşı, şiddətli istilər Egey bölgəsində də davam edir. Burada yerli hakimiyyət orqanları yaşlı vətəndaşları və uşaqları saat 11:00-16:00 arasında küçəyə çıxmamağa çağırıb, əhaliyə bol su içməyi tövsiyə edib.

Rekord səviyyədə istilər fonunda ekspertlər iqlim dəyişikliyinin təsirləri ilə əlaqədar Türkiyədə bir sıra bitkilərin məhsuldarlığının azalacağını proqnozlaşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: