Fransada təhlükəsizliklə bağlı narazılıq artmaqdadır: Makronun siyasətinə etimad azalır

A- A A+

Fransada prezident Emmanuel Makronun təhlükəsizlik sahəsində fəaliyyəti əhalinin böyük əksəriyyəti tərəfindən mənfi qiymətləndirilir.

NUHÇIXAN xəbər verir ki, CSA İnstitutunun “CNEWS”, “Europe 1” televiziya kanalları və JDD qəzeti üçün keçirdiyi sorğuya əsasən, fransızların 81 faizi Makronun təhlükəsizlik siyasətini uğursuz hesab edir. Bu göstərici ötən il 76 faiz, 2022-ci ilin fevralında isə 62 faiz idi. Bu sorğu, narazılığın ildən-ilə artdığını göstərir.

Fransada xüsusilə gənclər arasında zorakılığın artması və narkotik ticarətinin yayılması əhalidə daha çox narahatlıq doğurur. Son günlərdə Beziers, Nimes və Limoges şəhərlərində baş verən qarşıdurmalarda polis əməkdaşları hücuma məruz qalıblar. Bu fonda bəzi şəhərlərdə, eləcə də Triel-sur-Seine, Saint-Ouen, Beziers və Nimes şəhərlərində azyaşlılar üçün komendant saatı tətbiq edilib.

Sorğunun nəticələri göstərir ki, qadınların 84 faizi, kişilərin isə 77 faizi Makronun təhlükəsizlik siyasətindən narazıdır. Bu da qadınların daha yüksək narahatlıq səviyyəsinə sahib olduğunu göstərir.

Makronun təhlükəsizlik siyasətinə qarşı tənqid yaş qrupları arasında da dəyişir. Belə ki, narazılığın göstərici 25-34 yaşlılar arasında 69 faiz, 35-49 yaşlılar arasında 78 faiz və 50-64 yaşlılar arasında isə 90 faiz olduğu bildirilir.

Sorğu, həmçinin sosial təbəqələr üzrə fərqləri ortaya qoyur. Narazılıq sadə işçilər (CSP-) arasında 84 faiz, işsizlər arasında 80 faiz, yüksək vəzifəli və peşə sahibləri (CSP+) arasında isə 79 faiz təşkil edir.

Makronun təhlükəsizlik siyasəti sağçı, solçu partiyaların tərəfdarları tərəfindən də tənqid olunur. Makronçu “Renaissance” partiyasının tərəfdarlarının 51 faizi onun bu sahədəki fəaliyyətini mənfi qiymətləndirir. Yaşılların (Écologistes) tərəfdarları nisbətən az tənqidi olsa da, yenə də 60 faizi narazıdır. “Əyilməz Fransa” (LFİ) partiyasının seçiciləri arasında bu göstərici 79 faiz, sosialist partiyası tərəfdarları arasında isə 84 faizdir. Milli Birlik Partiyası (RN) tərəfdarları arasında isə rəqəm 92 faizə çatır.

Respublikaçılar arasında narazılıq sürətlə artır. Respublikaçıların tərəfdarları arasında Makronun təhlükəsizlik sahəsində fəaliyyətindən narazı olanların sayı 82 faizdir. Bu, 2024-cü ilin may ayından bəri 10 faiz artım deməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: