İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var

A- A A+

Suriyanın İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, daha 116 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə SANA agentliyinə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Onların arasında qadınlar və uşaqlar var.

Məlumata görə, bunlar ilkin məlumatlardır, ölənlərin sayı arta bilər. Xilasetmə briqadaları hadisə yerində işləyir.

Sursat anbarında baş verən partlayışın səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: