Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb

A- A A+

Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb.

NUHÇIXAN-ın Ərəbistan mediasına istinadən verdiyi məlumata görə, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir.

Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nazir Xalid əl-Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Dəməşqə səfəri krallığın Suriyanın bərpasına dəstəyini əks etdirir. Onun sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə yaradılan Səudiyyə-Suriya Biznes Şurası gələcək əməkdaşlığa və Suriya iqtisadiyyatının bərpasına yardıma görə məsul olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: