Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

A- A A+

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, - Karni “X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: