Türkiyə Prezidenti: İstanbulda Tramp ilə Putinin görüşünü təşkil etmək üçün səy göstərəcəyik

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İstanbulda ABŞ və Rusiya liderləri – Donald Tramp ilə Vladimir Putinin görüşünü təşkil etmək məqsədilə onlarla ayrı-ayrılıqda görüşlər keçirəcək.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu barədə cümə namazının ardından jurnalistlərə müsahibəsində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Ukrayna ilə Rusiya arasında son görüş Çırağan sarayında baş tutdu. Bu danışıqlara mənim adımdan xarici işlər naziri sədrlik etdi. Rusiya-Ukrayna nümayəndə heyətləri öz aralarında da danışıqlar apardılar. Ukrayna heyəti bundan əvvəl Ankarada bizimlə görüşdü. Mən onları qəbul etdim. Təbii ki, bu arada Vladimir Putinlə də danışdım və bu görüşlərə onun da dəstək verməsini istədik. Bundan sonrakı müddətdə bir həftə ərzində həm Putin, həm də Tramp ilə danışıqlar aparmaqla bu liderləri bir araya gətirməyə səy göstərəcəyik”.

Türkiyə Prezidenti IDEF müdafiə sərgisi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, Ankara artıq ciddi sifarişlər almağa başlayıb, amma ölkə bu sahədə fərqli bir mövqedə yer almalıdır. Dövlət başçısı əlavə edib ki, onun hakimiyyətə gəldiyi ilk illərdə 20 milyard dollar dəyəri olan müdafiə sənayesinin potensialı artıq 80 milyard dolara çatıb. “İnşallah daha güclü olacağıq”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: