Türkiyənin Bursa vilayətində meşə yanğınları genişlənib

A- A A+

Türkiyənin Bursa vilayətininn Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğın küləkli hava şəraiti səbəbindən böyüyür.

NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, ərazidəki bəzi kəndlərin boşaldılmasına başlanılıb. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.

Bursa Böyükşəhər Bələdiyyəsi sakinlərə yanğın təhlükəsi xəbərdarlığı edib. Bu arada, Karabük-Ankara avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məlumata görə, Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür, əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə meşə təsərrüfatı işçiləri və sakinlər də dəstək verir.

Yanğının hansı səbəblərdən baş verdiyi hələ məlum deyil. Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.

Ölkənin Karabük, Uşak və Kahramanmaraş vilayətlərində də meşə yanğınları tüğyan edir. Karabükdə 20-yə yaxın kənd və 50 məhəllə boşaldılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: