Konqoda kilsəyə hücum olub, 40-dan çox insan öldürülüb

A- A A+

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin Komanda kəndində "Demokratik Qüvvələrin Alyansı" ekstremist qruplaşmasının silahlıları 40-dan çox insanı qətlə yetirib, onlardan 20-si kilsənin içərisində öldürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, iyulun 27-nə keçən gecə silahlı qrup kəndə hücum edib. Gecə ibadətinə toplaşan 20 nəfər daxil olmaqla, ümumilikdə 43 nəfər öldürülüb.

Silahlılar bir neçə ictimai bina və şəxsi evləri yandırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: