İngiltərədə nadir 4 min illik Misir əl izi tapılıb

A- A A+

Kembric Universitetinin tədqiqatçıları tərəfindən qədim misirlilərə məxsus 4 min illik tam əl izi aşkarlanıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, tapıntı yeni sərgi üçün hazırlıqlar zamanı kuratorlar tərəfindən qədim Misirdə dəfn mərasimlərində istifadə olunan “ruh evi” adlı gil model üzərində müəyyən edilib. Arxeoloqların fikrincə, bu gil model e.ə. 2055–1650-ci illərə aiddir və binanı xatırladan formada hazırlanıb. Fitzvilyam muzeyinin baş misirşünası Helen Strudvik bu əl izinin çox nadir və həyəcanverici olduğunu bildirib: “Adətən yaş lakda və ya tabut üzərində barmaq izlərinə rast gəlmişik, lakin bu cür tam və dəqiq əl izinə ilk dəfə rast gəlirik. Bu iz hələ gil qurumamışdan əvvəl onu hazırlayan şəxs tərəfindən qoyulub. Misirə məxsus əşya üzərində belə tam əl izinə heç vaxt rast gəlməmişəm”,- deyə o, bildirib.

Sözügedən artefakt oktyabrın 3-də Fitzvilyam muzeyində açılacaq sərgi çərçivəsində nümayiş olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: