İtaliyanın məşhur idman avtomobilləri istehsalçısı “Ferrari”nin ilk hibridli avtomobili may ayında təqdim olunacaq.
NUHÇIXAN İtaliyanın “clubalfa.it” saytına istinadla xəbər verir ki, bu barədə “Ferrari” şirkətinin baş direktoru Luis Kamilyeri Cenevrədə keçirilən beynəlxalq avtomobil sərgisində dəyib.
“Avtomobil gələn ilin əvvəlində satışa çıxarılacaq”, – deyə Luis Kamilyeri əlavə edib.
“Ferrari”nin baş direktoru “Purosangue” cip modelinin 2022-ci ildə satışa çıxarılacağını əlavə edib. Qeyd edib ki, şirkət həmçinin “Ferrari F8 Tributo” avtomobilini sərgidə nümayiş etdirir və avtomobilin təxminən 236 min avro dəyərində olacağını diqqətə çatdırıb.
Avtomobil şirkətinin baş direktoru jurnalistlərin dörd qapılı “Ferrari” avtomobilinin buraxılması ehtimalı haqqında sualına belə cavab verib: “Heç vaxt heç vaxt demə”.