Tramp Rusiyaya 10 gün vaxt verib

A- A A+

Vaşinqton administrasiyası Rusiya ilə Ukraynadakı münaqişənin nizamlanmasına dair 10 gün ərzində razılığa gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq edəcək.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən öz təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

“10 gün sonra biz tariflər və başqa şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Bu, Rusiyaya təsir edə bilər və ya təsir etməyə bilər. Amma təsir də edə bilər”, - deyə o vurğulayıb.

Trampın sözlərinə görə, Rusiya tərəfi müharibəni davam etdirmək istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: