BMT: Afrika və Qərbi Asiyada ac insanların sayı artır

A- A A+

Az qidalanmadan əziyyət çəkən dünya əhalisinin sayı son bir ildə 673 milyon nəfərə qədər azalıb, lakin Afrika və Qərbi Asiyada ac insanların sayı artır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda bildirilir.

“2024-cü ildə dünya əhalisinin 8,2 %-i və ya təqribən 673 milyon insan aclıqdan əziyyət çəkib, 2023-cü ildə bu göstərici 8,5 %, 2022-ci ildə isə 8,7 % olub”, - mətndə bildirilir. Qeyd olunur ki, bu müsbət tendensiya “Afrika və Qərbi Asiyada ac insanların sayının davamlı artması ilə kəskin şəkildə ziddiyyət təşkil edir”. 2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən əhalinin xüsusi çəkisi 20 %-i və ya 307 milyon nəfəri keçib. Qərbi Asiyada bu, 12,7 % və ya 39 milyon nəfərdən çox idi.

Hesabatda 2030-cu ilə qədər 512 milyon insanın xroniki qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır. Ac insanların demək olar, 60 %-i Afrikada olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: