Britaniya hökuməti istifadəsiz dəmir yolu sahələrində 40 min yeni ev tikəcək

A- A A+

Böyük Britaniya hökuməti növbəti on il ərzində istifadəsiz dəmir yolu ərazilərində - keçmiş yük sahələri, sənaye zonaları və stansiya binalarında 40 minədək yeni evin inşasını planlaşdırır.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu məqsədlə 1 milyard funt sterlinq dəyərində investisiya planı hazırlanıb.

İlk layihələr Mançester, Nyukasl, Nottingem və Kembric şəhərlərində həyata keçiriləcək. Planın ilkin mərhələsində beş il ərzində 15 min evin tikilməsi nəzərdə tutulur. Lakin bu, parlament müddətinin sonunadək vəd edilən 1,5 milyon yeni evin yalnız kiçik bir hissəsini təşkil edir. Hökumət, eyni zamanda 350 milyon funt məbləğində özəl investisiyanı cəlb edərək boş sənaye sahələrinin mənzillərlə yanaşı ticarət obyektləri, yaşıllıqlar və mehmanxanalarla inkişaf etdirilməsinə çalışır.

Bu planın ölkə üzrə mənzil qıtlığını aradan qaldırmaq məqsədinə xidmət etdiyi bildirilsə də, bir sıra ciddi maneələrlə üzləşəcəyi gözlənilir. Bunlara su və kanalizasiya sistemlərinə düşən yük, məktəb və səhiyyə infrastrukturlarının yüklənməsi və tikinti sənayesindəki kadr çatışmazlığı daxildir. Sənaye nümayəndələri artıq yüzlərlə mənzil layihəsinin normativ və tənzimləmə maneələri səbəbindən gecikdiyini bildirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: