Rusiya Kiyevə raket zərbəsi endirib, 6 nəfər ölüb

A- A A+

Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı kütləvi hücumu nəticəsində azı 6 nəfər həlak olub.

NUHÇIXAN Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə bildirib.

"Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.

T.Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: