Maykl Ceksonun 1997-ci ildə Nitsadakı konsert zamanı geyindiyi kristallarla bəzədilmiş corab çərşənbə günü Fransada keçirilən hərracda 6200 avroya satılıb. Təşkilatçılar tərəfindən “ikonik əşya” kimi təsvir edilən corab musiqi xatirə əşyaları satışının bir hissəsi idi.
NUHÇIXAN xarici mətbuata istinadla xəbər verir ki, cənub Nim şəhərində keçirilən konsertdən sonra Ceksonun soyunub-geyinmə otağının yaxınlığında atılmış corabı texniki işçilərdən biri tərəfindən tapılıb.
Pop musiqisinin kralı 1997-ci ildə “HIStory World Tour” dünya turnesi zamanı strazlarla bəzədilmiş ağ idman corablar geyinirdi.
Ceksonun “Billie Jean” hitini ifa etdiyi videolarda onları geyindiyini görmək olar.
Onilliklər sonra qar kimi ağ geyim predmeti ləkələnib, onu bəzəyən strazlar isə saralıb.
İlkin olaraq iyun ayında satışa çıxarılan bu əşyaya alıcı tapılmadı. Start qiyməti 2500 avro olan predmetin ilkin dəyəri 3-4 min avro olaraq qiymətləndirilirdi.