İsrail Qəzzaya Humanitar Fonduna dəstək üçün 30 milyon dollar ayırmağa razılaşıb

A- A A+

Ağ Ev administrasiyasının yüksək rütbəli rəsmiləri Konqresə İsrailin Qəzzaya Humanitar Fonda (GHF) dəstək üçün 30 milyon dollar ayırmağa razılaşdığını bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoffun köməkçiləri iyulun 8-i və 9-da Senatın və Nümayəndələr Palatasının komitələrini məlumatlandırıblar.

Başqa mənbə Trampın anklava yardım üçün 60 milyon dollar ayrılması ilə bağlı bəyanatına istinadən qeyd edib ki, Amerika lideri çox güman ki, ABŞ və İsrailin vəsaitlərini birləşdirib. Eyni zamanda, Dövlət Departamentinin və yəhudi dövlətinin hakimiyyət orqanlarının bu xəbərlərə münasibət bildirmədiyi qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: