Kiyevdə raket zərbəsi qurbanlarının sayı 28 nəfərə çatıb

A- A A+

Dünən, iyulun 31-də gecə saatlarında Rusiya ordusunun Kiyevə endirdiyi raket zərbəsi nəticəsində çoxmərtəbəli binanın bir hissəsi dağılmışdı. Avqustun 1-i səhər saatlarına olan məlumata görə, burada həlak olanların sayı 28 nəfərə çatıb.

NUHÇIXAN bu barədə Kiyev şəhər Hərbi administrasiyasının rəisi Timur Tkaçenkonun “Telegram” kanalına istinadla xəbər verir. O yazıb: “Xilasedicilər dağıntılar altından daha bir nəfərin cəsədini çıxarıblar. Həlak olanların sayı 28-ə çatıb”.

Rusiyanın hücumu nəticəsində 2-6 yaş aralarına olan 3 uşaq və 17 yaşlı yeniyetmə həlak olublar. Son məlumata görə, hücum zamanı 159 nəfər, o cümlədən 16 uşaq xəsarət alıb. Sutka ərzində qismən dağılmış binadan 2 min tona yaxın beton qalığı daşınıb, ərazidə aparılan təmizləmə işlərinə 180 xilasedici və 60 ədəd texnika cəlb olunub.

Tkaçenko məlumat verib: “Svyatoşinski rayonunda axtarış-xilasetmə işləri davam etdirilir. Xilasedicilər dəstəsi artıq binanın dağıdılmış konstruksiyalarının 70 faizini təmizləyib”.

Xatırladaq ki, Rusiya ordusu iyulun 31-nə keçən gecə Ukraynaya kütləvi hücuma keçib. Ruslar 309 hücum pilotsuz uçuş aparatı və səkkiz ədəd “İsgəndər-K” qanadlı raketindən istifadə ediblər. Düşmənin budəfəki əsas hədəfi paytaxt Kiyev olub. Hücum nəticəsində şəhərin müxtəlif ərazilərində onlarla dağıntı qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: