Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb

A- A A+

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

NUHÇIXAN Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

"Kramatorskda ölənlərin sayı 3-ə, yaralıların sayı isə 10-a çatıb. Beşmərtəbəli binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir", - o, “Telegram”da yazıb.

Məlumata görə, zərbə nəticəsində ümumilikdə ən azı 30 evə və 13 avtomobilə ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: